Təşkilatlar telefon və faksdan ibarət ənənəvi kommunikasiya vasitələri ilə
öz ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Aparıcı şirkətlər bu ehtiyaclarını
daha müasir İP telefoniya şəbəkəsinə keçidlə ödəyirlər. Hal hazırda yeni
innovasiyalı həllər vasitəsilə istənilən həcmdə olan təşkilat öz daxili və
xarici kommunikasiyası üçün telefon şəbəkəsi qurmaq imkanındadır. İP
telefoniya şəbəkəsi vasitəsilə ofis və yaxud ofislər daxilində çoxfunksional
rabitə imkanları yaradılır.